Sosial

Sosial ödənişlərdə yeni artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək

Sosial ödənişlərdə yeni artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Bu barədə Bugun.tv-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək.

Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.

Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Bugün TV

Oxşar xəbərlər

Bakıda “InVision Design Talks BAKU 2026” tədbiri keçirilib

Aynur Camal

Alimlər uşaqlarda oxu problemlərinin gözlənilməz səbəblərini açıqlayıblar

Aynur Camal

Tənbəllik həmişə pis deyil – mütəxəssislərin qənaəti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu