Image default
Baş xəbərKriminal

Sosial şəbəkədə milli-mənəvi dəyərlərimizi təhqir edən şəxs saxlanıldı

Paytaxt ərazisində narkokuryerlik etdiyini deyən və milli mənəvi dəyərlərimizi təhqir edərək sosial şəbəkələrdə video formasında paylaşan şəxs saxlanılıb.

Bu barədə Bugun.tv-yə DİN-dən məlumat daxil olub.

Bildirilib ki, sosial şəbəkələrdə bir nəfərin İranda yaşayan “Məhəmməd” adlı şəxsin göstərişi ilə Bakı şəhərində narkokuryerliklə məşğul olduğunu və milli mənəvi dəyərlərimizin təhqirinin əks edildiyi video görüntülər yayılıb. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs əvvəllər məhkum olunmuş Şükür Mirzəyev Abşeron rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin, marixuana və narkotiklərin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik bank kartı aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Şükür Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Ermənistanın TRİPP layihəsini təsdiqləməsi Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm mərhələdir

Aynur Camal

Qənirə Paşayevanın Türkiyə sevgisini əks etdirən sözləri yenidən gündəmdə

Aynur Camal

Siyasi ekspert: Ukrayna ordusundakı daxili ziddiyyətlər müharibənin gedişinə mənfi təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu