Baş xəbərSosial

Sosial sığorta daxilolmalarında artım müşahidə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bugun.tv-yə daxil olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 6 faiz və ya 116 mln. manat çox olmaqla 2 mlrd. 118 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-aprel aylarında proqnoza nisbətən 8 faiz və ya 116 mln. manat artaraq 1 mlrd. 625 mln. manat olub.

Son 4 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 237 mln. manat artaraq 2 mlrd. 003 mln. manata çatıb.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Kabab soyuducuda nə qədər saxlanıla bilər?

Aynur Camal

Nizami Kino Mərkəzində 500 nəfərlik “Mikrosahibkarların Forumu” keçiriləcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran sonu bilinməyən bir yola çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu