7 C
Baku
22 Dekabr 2025, 13:27
Kriminal

Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən şəxs saxlanıldı-FOTO

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Tədbir zamanı paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib.

Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Vüsal Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Skuter oğurlayan şəxs saxlanıldı

Kəmalə Sultan

Cinayət törədildi: 2 nəfər xəsarət aldı, 1 nəfər isə öldü

Aynur Camal

Moped oğrusu yaxalandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu