25 C
Baku
27 İyul 2024, 3:54
Dünya

“Soyuq lava” İndoneziyanı vurdu! Çoxlu ölü və yaralı var

İndoneziyanın Sumatra adasındakı Marapi vulkanına yaxın kəndlərdə ‘soyuq lava’ axını və daşqınlar baş verib. Hadisə nəticəsində azı 41 nəfər ölüb.

Şənbə günü yağan güclü yağış Sumatranın ən aktiv vulkanı olan Marapi dağından kül və qayaların sürüşməsinə səbəb olub. Nəticədə baş verən sel iki rayonda həyata mənfi təsir göstərib.

Həyatını itirənlərlə yanaşı, bölgədə 100-dən çox ev, məscid və ictimai binaya ziyan dəyib. 17 nəfərin itkin düşdüyü bildirilir.

“QAYNAN SU KİMİ SƏS EŞİTDİM”

Ağam rayonunda yaşayan 43 yaşlı Rina Devina vulkanik materialdan və vulkanın ətəklərindən sürüşən çınqıllardan ibarət “soyuq lava”dan necə xilas olduqlarını izah edərək, “Göy gurultusu və suya bənzər bir səs eşitdim. Bu, Marapi dağından düşən böyük qayaların səsi idi.”

Qonşusunun evinin qayalarla uçduğunu izah edən Devina hadisədə dörd qonşusunun həyatını itirdiyini bildirib. Bazar günü günorta saatlarına kimi qruplar daşqın və seldən ən çox zərər çəkən Ağamın Canduang kəndində 19 nəfərin cəsədini tapıblar. Qonşu Tanah Datar rayonunda da 9 nəfər ölü tapılıb.

Xatırladaq ki, 5 dekabr 2023-cü ildə Marapi vulkanının püskürməsi nəticəsində 23 alpinist həyatını itirmişdi. Fevral ayında Tanar Dahada daşqınlar nəticəsində onlarla evə ziyan dəymişdi.

Ötən ay vulkanın günlərlə davam edən püskürmələri zamanı kül səmada 2 kilometr hündürlüyə çatıb, yollar bağlanıb, 11 mindən çox insan təxliyə edilməli olub. Marapi yerli minanq dilində “Alov dağı” deməkdir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Amerikalı cütlük 100 yaşında evləndi, “Ginnes”ə müraciət etdi

Aynur Camal

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini öldürüb

Bugün TV

300 min şagird məktəbə gedə bilmir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu