21 C
Baku
11 İyun 2025, 2:15
Dünya

Stoltenberq: “Ukrayna daha çox gözləyə bilməz, təcili yardıma ehtiyacı var”

Bugun.tv xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın dəstəyə ehtiyacı olduğunu ifadə edərək, “Ukrayna daha çox gözləyə bilməz. Onun təcili olaraq havadan müdafiə, sursat və yardıma ehtiyacı var”, – deyib.

Finlandiya prezidenti Aleksandr Stubb və NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşdən sonrakı mətbuat konfransında bu fikirləri səsləndirib. O, bildirib ki, ukraynalılar artıq bir çox uğurlara imza atıblar.

Ukraynanın dəstəyə ehtiyacı olduğunu qeyd edən Stoltenberq, NATO-nun Ukraynaya etibarlı və proqnozlaşdırıla bilən təhlükəsizlik dəstəyi vermək üçün fəal şəkildə çalışdığını bildirib.

İntizar Əmirova

Oxşar xəbərlər

Zelenskinin danışıqlarda iştirakının çox vacib olduğunu düşünmürəm

Aynur Camal

Qasırğa vurdu: 1 nəfər öldü, 15 nəfər yaralandı

Bugün TV

Kosmosda qalan NASA-nın iki astronavtını əvəz edəcək komandanın buraxılışı təxirə salınıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu