Baş xəbərDünya

İsrail HƏMAS lideri Haniyənin 3 oğlu və nəvəsini öldürüb

Bugun.tv xəbər verir ki, İsrailin Qəzza şəhərinin qərbindəki Əl-Şati Qaçqın Düşərgəsində hərəkətdə olan avtomobili hədəf alması HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu və bir neçə nəvəsi həyatını itirib.

Şahidlərdən alınan məlumata görə, İsrail Əş-Şati Qaçqın Düşərgəsinin sakinləri və yaxınları ilə Fitr bayramını qeyd etməyə gedən Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ailəsinin çoxlu üzvlərinin olduğu avtomobili hədəfə alıb. Hücum zamanı Haniyənin ailəsi də daxil olmaqla avtomobildə olan hər kəsin yaralandığı və həyatını itirdiyi bildirilib.

Sağlamlıq mənbələri hücumda Haniyənin Hazim, Əmir və Məhəmməd adlı oğulları və bəzi nəvələrinin də həyatını itirdiyini açıqlayıb.

Bugün TV

Oxşar xəbərlər

ABŞ və Rusiya investisiya fonduna qarşı sanksiyaları müzakirə edir

Aynur Camal

Yanacaq bahalaşdı, lüks kruiz gəmisinin dünya səyahəti yarımçıq qaldı

Aynur Camal

Şimali Koreya dənizə doğru 10-a yaxın ballistik raket buraxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu