23 C
Baku
9 İyun 2025, 23:38
Baş xəbərSosial

Su ehtiyatlarının idarə olunmasında peşəkar kadrların hazırlanması davam edir

Bugun.tv xəbər verir ki, Təlim və İnnovasiyalar Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təlim və İnnovasiyalar Mərkəzi ölkədə su ehtiyatlarının davamlı və səmərəli idarə olunması üçün peşəkar kadrların hazırlanmasında mühüm rol oynayacaq.

Mərkəz insan resurslarının peşəkarlığını artırmaq və sahəyə innovativ yanaşmalar gətirmək məqsədi daşıyır.

Müasir təlim korpusu, hidrotexniki qurğularla təchiz edilmiş poliqon sahəsi və ekoparkdan ibarət olan Mərkəz həm nəzəri, həm də praktiki təlim üçün yüksək şəraitlə təmin olunub.

Burada təlim otaqları, laboratoriyalar, kitabxana, idman zalı və yataqxana fəaliyyət göstərir. Eyni vaxtda yüzlərlə iştirakçının tədris alması mümkündür.

2025-ci ildə su ehtiyatlarının idarə olunması, içməli suyun emalı, tullantı sularının idarəsi, iqlim dəyişikliklərinə uyğunlaşma və digər mövzular üzrə müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulur.

Mərkəz yaxın vaxtlarda beynəlxalq ISO/IEC 17024 standartı üzrə akkreditasiyadan keçməyi və İqtisadiyyat Nazirliyindən təlim lisenziyası alaraq fəaliyyətini daha da genişləndirməyi hədəfləyir.

Aynur Camal

Oxşar xəbərlər

Toyuq yüklü yük maşını ilə avtomobil toqquşdu: 5 yaralı var

Bugün TV

Mingəçevir Dövlət Universiteti Çində beynəlxalq forumda təmsil olunub

Aynur Camal

Külək daha bir yanğına səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu