Digər

Su qıtlığı – dünyanı gözləyən böyük təhlükə-ARAŞDIRMA

Planetimizin dördə üç hissəsi sudur. Lakin dəniz və okeanlardakı suyun duzluluğu bir litrdə təxminən 35 qramdır ki, belə sudan, nəinki içmək, heç təsərüffat məqsədləri üçün də istifadə etmək mümkün deyil. Hazırda 40-dan artıq dövlətdə şirin su çatışmazlığı var. Demək olar ki, yaxın gələcəkdə bu problem enerji resurslardan da çox strateji əhəmiyyət kəsb edəcək. Bu sahədə uzun illərdir ki, elmi axtarışlar aparılır.
Bugun.tv dünya tədqiqatçılarına istinadən xəbər verir ki, Yer kürəsinin əsas hissəsi sudan ibarət olduğundan, onu “su planeti” də adlandırmaq olar. Hidrosfer yer səthinin 71 faizini təşkil edir. Hesablasaq, planetimizdə suyun miqdarı təxminən 1 milyard trilyon litrdən çoxdur. Məsələ burasındadır ki, bunun 97%-i duzludur, şirin suyun 2%-i isə donmuş vəziyyətdədir. Yalnız 1%i içilməyə yararlıdır. Belə bir sual yaranır. Dəniz suları su qıtlığının qarşısını ala bilərmi?

Duzsuzlaşdırma artıq minlərlə ildir ki, cəmiyyətə məlumdur. Aristotelin bildirdiyi kimi, Günəş dəniz suyunu buxarlaşdırır. Buxar göylərdə toplanır və yağış kimi yer kürəsinə geri dönür. Keçmişdə yunan dənizçilər uzun səyahətə çıxanda dəniz suyunu qaynadardı. Romalılar isə duzu sudan ayırmaq üçün gil filtrlərindən istifadə edirdi. Duzsuzlaşdırma bu gün də aparılır.
Hidrometroloq Manzoor Qadir bildirir ki, dünya üzrə duzsuzlaşdırılmış su istehsal qədərinə nəzər salsaq, onun 71%-nin, hazırda yüksək gəlirli ölkələrin payına düşdüyünü görərik. “Bunun səbəbi duzsuzlaşdırmanın bahalı olmasıdır. Daha çox suyu buxarlandırmaq üçün, daha çox enerjidən istifadə olunmalıdır. Amma bunun da alternativi var”.
Digər mütəxəssis Əli əl-Hakim isə fkirlərini belə izah edib: “Qazma çənindən sistemə su gəlir. Və bundan sonra gücləndirici nasosdan keçir. 40 bar su ilə duzu sudan ayıran membranlara təzyiq edilir. Bununla da təmiz enerji ilə istehsal edilən duzsuzlaşdırılmış su əldə olunur”.
Keniyada yerləşən bu şirkətin uğurunun açarı yaşıl enerjidir. Onlar günəş panellərindən və küləkdən istifadə edirlər. “Suyu pulsuz alırıq, günəşdən, küləkdən pulsuz işıq alırıq. Hazırda 50 sentə min litr istehsal edə bilirik. Bu qiymət əslində çaylardan və ya quyulardan gələn şirin su ilə rəqabət apara bilər” – deyə, Əli əl-Hakim əlavə edib.
Bəs, şirinləşdirilmiş dəniz suyunu bütün ölkələr istehsal edə biləcəkmi?
Bu suala Manzoor Qadir belə cavab verib: “Bu mərhələli bir prosesdir, təbii ki, bir gecədə baş verməyəcək. Amma mən görürəm ki, duzsuzlaşdırılmış sudan istifadəyə tələbat, ehtiyac və istək çoxdur”.
Dəniz suyunun duzsuzlaşdırılması həyata keçirilənə kimi isə, hər birimiz suya qənaət etməliyik ki, qıtlıqla üzləşməyək.

Bugün TV

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı

Kəmalə Sultan

Əməkdar jurnalist: “Sözün bitdiyi yerdəyik”

Şükufə Ramizqızı

Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu