DünyaHadisə

Silahlı insident zamanı ölənlərin sayı 56-ya çatdı

Sudanda baş verən silahlı toqquşmalarda ölənlərin sayı 56-ya çatıb, 595 nəfər isə yaralanıb.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Həkimlər Mərkəzi Komitəsi məlumat yayıb.

Bildirilir ki, təkcə Xartumda 25 nəfər ölüb, 302 nəfər yaralanıb. Həlak olanlar arasında mülki şəxslər və hərbçilər var.

Qeyd edək ki, dünən səhər saatlarında Sudanın paytaxtı Xartumda hərbi baza yaxınlığında silahlı toqquşma baş verib. Buna səbəb Suverən Şuranın ordu komandiri Əbdülfəttah əl-Burhan ilə onun müavini Məhəmməd Həmdan Daqalo arasında yaranan fikir ayrılığıdır.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Məkkəyə icazəsiz daxil olmağa çalışan 5 zəvvar saxlanıldı

Aynur Camal

CNN: ABŞ və İsrailin İrana mümkün hərbi təzyiq planı gündəmdədir

Aynur Camal

Ticarət mərkəzində yanğın baş verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu