Dünya

Süleyman Soylu: “Son zəlzələlərdə həlak olanlar arasında 6 600 xarici ölkə vətəndaşı var”

“Hazırda ölənlərin sayı 48 448 nəfərdir. Zəlzələlərdə ölənlər arasında 6 600 xarici ölkə vətəndaşı var. Onların əksəriyyəti suriyalı qardaş və bacılarımızdır”.

Bugun.tv xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu  keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti zəlzələdən zərər çəkmiş ərazilərdə 115 min 500-dən çox ailənin yerləşə biləcəyi konteyner düşərgələri qurmağı planlaşdırır.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində Rixter cədvəli ilə 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar Türkiyənin 11 vilayətində, o cümlədən Suriya da daxil olmaqla, qonşu ölkələrdə hiss edilib.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Danimarka Qurani-Kərimə hücumlardan sonra sərhəd nəzarətini gücləndirib

Kəmalə Sultan

Terrorçular 30 nəfəri girov götürdü

İntizar Əmirova

Rəisinin helikopter qəzasının təfərrüatları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu