16 C
Baku
3 Noyabr 2024, 5:20
Baş xəbərDünya

Sülh yazısı sionist qrupları qəzəbləndirdi

ABŞ-ın Nyu-Cersi ştatında işlədiyi şirniyyat evinin girişindəki lövhəyə Fələstinə və Livana dəstək yazısı yazan türk dükan sahibi İsrail tərəfdarları ilə Fələstin və sülh tərəfdarlarını qəsəbədə qarşıdurmaya sürükləyib. ABŞ-ın Nyu-Cersi ştatının Englishtown şəhərində “Baklava Lady” adlı veqan pastası işlədən türkiyəli sahibkar Naciye Emren Fələstinə dəstəyini davam etdirir.

Kipr türk əsilli olduğunu bildirən Emren uzun müddətdir Fələstin məsələsinə diqqət çəkdiyini və bu həssaslığı biznesi ilə müştərilərinə çatdırdığını bildirib.

Atası Kipr Sülh Əməliyyatı zamanı əsir düşən və yunan soyqırımından sağ çıxan Emren atasından eşitdiyi hekayələrlə böyüdüyünü və bu səbəbdən Fələstində baş verənlərə qarşı həssaslıq inkişaf etdirdiyini bildirib.

“Atamın yaşadıqlarını dinləyərək böyüdük. Ona görə də Fələstin məsələsi mənim üçün çox önəmlidir”, – deyən Emren hər zaman Fələstinin tərəfində olduğunu bildirib. Əmren şirniyyatının 5-ci ildönümündə dükanının lövhəsinə “Biz yalnız hamı üçün sülhə inananlara xidmət edirik. Fələstini azad edin, əllərinizi Livandan uzaqlaşdırın” yazaraq sionist dairələrdən reaksiya aldığını bildirib.

Qəsəbədəki bir hahamın çağırışı ilə şirniyyat evi qarşısında İsrail bayraqları ilə etiraz aksiyası keçirildiyini izah edən Emren, “Ancaq o gün mənə dəstək verən sülhsevər yəhudi və müsəlmanların sayı etirazçılardan çox idi” deyib.

O, hədələrə baxmayaraq səssiz qalmayıb

Verilişdən sonra lövhəyə “Bizi Nyu Cersinin ən məşhur pastanəsi etdiyiniz üçün təşəkkür edirik. Hər kəsə sülh. Azad Fələstin, əllərinizi Livandan uzaq tutun” yazan Emren bu mesajı ilə sosial mediada böyük marağa səbəb olub. Emren təhdidlərə baxmayaraq inandığı dəyərləri müdafiə etməyə davam etdiyini bildirib.

ABŞ-ın ən böyük müsəlman vətəndaş hüquqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının (CAIR-NJ) Nyu-Cersi ofisi bəyanatında Emrenə qarşı təhdidlərin araşdırılmasına çağırıb. CAIR-NJ direktoru Selaedin Maksut, “Ədalət və sülh üçün səsini ucaltdığı üçün heç kim təhdid edilməməlidir” deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Lukaşenko: “Biz çoxqütblü dünya üçün Qərblə mübarizə aparmalıyıq”

Nigar Məmmədova

Şimali Koreya çoxlu qısa mənzilli ballistik raketlər buraxdı

Aynur Camal

İsraildəki soydaşımız beynəlxalq mərkəzin nümayəndəsi seçilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu