20 C
Baku
1 Noyabr 2025, 15:28
Sosial

Sumqayıtda quldurluq olub

Sumqayıtda kişini döyərək əşyalarını oğurladılar.

BuGün TV xəbər verir ki , bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə iyulun 13-də 2 nəfərin şəhər sakini R.Quliyevi döyüb içərisində pulu olan cüzdanını və mobil telefonunu talamaları barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuş H.Hüseynov və M.Nəcəfov müəyyən edilərək saxlanılıblar.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Könül Kərimova

Oxşar xəbərlər

Sabah Ramazan ayının 29-cu günüdür

Elnarə Dərziyeva

Seysmik tədqiqatlarla bağlı konfrans keçiriləcək

Aynur Camal

“Uşaq istismarına biganə qalmayaq!” adlı layihə gerçəkləşdirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu