Baş xəbərDünya

Süni intellekt tibbdən imtahan verdi

Yaponiyalı tədqiqatçılar milli tibbi lisenziya imtahanından uğurla keçə bilən generativ süni intellekt sistemi hazırlayıblar.

Hökumətin Milli İnformatika İnstitutunun (NII) rəhbərlik etdiyi tədqiqatçılar “Böyük Dil Modeli” (LLM) sinifli süni intellekt sistemi yaradıblar. Sistem 700.000-dən çox lisenziyalı tibbi məqalə, məşhur tibbi internet saytlarından 16 milyon sənəd və dərsliklərdən ibarət hərtərəfli məlumat toplusundan istifadə etməklə öyrədilib.

Milli tibbi lisenziya imtahanında “uğur həddini keçə” bilən sistem qlobal miqyasda hazırlanmış LLM modelləri arasında da ən yüksək ballardan birinə çatmışdır.

Bildirilib ki, universitetlər, elmi-tədqiqat institutları və özəl şirkətlər də daxil olmaqla 40-a yaxın təşkilatla birgə istehsal edilən süni intellekt sistemi ilkin müayinə nəticələrinə əsasən mümkün diaqnozları təklif edə bilər.

NII layihəsi çərçivəsində yeni sistemin kliniki müalicəni dəstəkləmək və əməliyyat səmərəliliyini artırmaq üçün istifadə edilməsi planlaşdırılır.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğınları Cənub-Şərqi Asiyanı zəhərli dumana bürüdü

Aynur Camal

Neftin qiyməti ABŞ–İran gərginliyi fonunda kəskin bahalaşır

Aynur Camal

Cənubi Koreya Hörmüz boğazında hərbi iştirak imkanını nəzərdən keçirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu