24 C
Baku
15 Sentyabr 2026, 22:59
süni intellekt, AI, Anthropic, Cek Klark, BBC, texnologiya, süni intellekt təhlükəsi, AI təhlükəsizliyi
Texnologiya

Süni intellekt üçün məcburi “dayandırma düyməsi” təklif edildi

Bugun.tv xəbər verir ki, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda sistemlərin fövqəladə vəziyyətdə dayandırılması ilə bağlı yeni çağırış səsləndirilib.

Anthropic şirkətinin həmtəsisçilərindən biri olan Cek Klark BBC-yə müsahibəsində bildirib ki, süni intellekt gələcəkdə insanlar üçün ciddi təhlükəyə çevrilərsə, proqramı tam dayandıra biləcək mexanizmə ehtiyac yarana bilər.

Mütəxəssisin sözlərinə görə, süni intellekt sistemləri getdikcə daha mürəkkəb və müstəqil fəaliyyət imkanlarına malik olur. Bu isə texnologiyanın nəzarətdən çıxması ilə bağlı risklərin əvvəlcədən nəzərə alınmasını vacib edir.

Müzakirələr əsasən “kill switch” adlandırılan, yəni sistemin fövqəladə halda fəaliyyətini dayandıran mexanizmin necə və kimin tərəfindən idarə ediləcəyi üzərində cəmlənir. Bununla yanaşı, bəzi ekspertlər belə bir düymənin problemin həlli olmadığını və süni intellekt təhlükəsizliyinin daha geniş texniki və hüquqi nəzarət tələb etdiyini bildirirlər.

Süni intellekt sahəsində aparıcı şirkətlərin rəhbərləri də son vaxtlar yüksək səviyyəli sistemlərin inkişaf sürəti və mümkün risklərlə bağlı narahatlıqlarını artırıblar.

Mənbə:

Aynur Camal

Oxşar xəbərlər

ABŞ kosmosda silah yerləşdirdiyini ilk dəfə rəsmən açıqladı

Aynur Camal

Süni intellektlə bağlı xəbərdarlıqlar texnologiya səhmlərini də aşağı saldı

Aynur Camal

Süni intellektin inkişafı sürətləndirilməlidir, yoxsa yavaşladılmalıdır? Texnologiya nəhəngləri fikir ayrılığında

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu