25 C
Baku
27 İyul 2024, 4:57
Dünya

Süni intellektlə bağlı ilk beynəlxalq konvensiya qəbul edildi

Qərargahı Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurası süni intellektlə bağlı ilk beynəlxalq konvensiyanı qəbul edib. Yaradılmasının 75-ci ildönümünü qeyd edən Avropa Şurasının 46 üzv dövlətinin xarici işlər nazirləri illik toplantısı çərçivəsində Strasburqda bir araya gəliblər.

Avropa Şurasının bəyanatına görə, üzv ölkələrin xarici işlər nazirləri ətraf mühit, miqrasiya, insan alveri və jurnalistlərin müdafiəsi kimi müxtəlif sahələrdə Şuranın gələcək yolunu müəyyən ediblər.

Nazirlər süni intellektlə bağlı ilk beynəlxalq konvensiyanı qəbul etdilər. Müqavilənin imzalanması mərhələsi sentyabr ayında Litvanın paytaxtı Vilnüsdə başlayacaq.

Qanuni qüvvəyə malik saziş süni intellektin tətbiqi zamanı beynəlxalq insan hüquqları, demokratiya və qanunun aliliyi ilə bağlı hüquqi qaydalara əməl olunmasını təmin etmək məqsədi daşıyır.

Konvensiyaya üzv dövlətlərdən süni intellekt sistemlərindən istifadə zamanı insan hüquqları qaydalarına zidd risklərin müəyyən edilməsi, ölçülməsi və qarşısının alınması üçün tədbirlər görməsi tələb olunacaq.

Üzv dövlətlərdən, həmçinin süni intellekt sistemlərinin bərabərlik, ayrı-seçkiliyə yol verməmək və şəxsi həyatı qorumaq prinsipinə uyğunluğunu təmin etmələri xahiş olunur.

Bu arada Ukraynanı dəstəklədiklərini bildirən nazirlər görüşdə bu ölkə üçün “Zərər rekordu” mexanizminin əhəmiyyətini də qeyd ediblər.

Sözügedən mexanizm çərçivəsində Rusiya-Ukrayna müharibəsi kontekstində Ukrayna ərazisində dəymiş ziyana görə təzminat tələbləri ilə bağlı sübut və məlumatlar toplanır.

Nazirlər bildiriblər ki, onlar ukraynalı uşaqların müdafiəsi və “oğurlanmış ukraynalı” uşaqların geri qaytarılması istiqamətində atılan addımları alqışlayırlar.

İclasda 2025-ci ildə gənclər nazirlərini bir araya gətirən konfransın keçirilməsi qərara alınıb.

LITVA NAZİRLƏR KOMİTƏSİNİN SƏDRİYYƏTİNİ ÖZƏMƏ ALDI

Görüş çərçivəsində Lixtenşteyn Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Litvaya təhvil verib.

Litvanın Baş naziri İnqrida Simonyte Nazirlər Komitəsinin sədri olduğu müddətdə ölkəsinin prioritetləri barədə məlumat verib.

Müvafiq olaraq, Litvanın prioritet vəzifələrinə Rusiya-Ukrayna müharibəsi kontekstində Ukraynanı dəstəkləmək, Reykyavik Sammitində qəbul edilmiş qərarları həyata keçirmək, Şuranın dəyərlərini avtoritarizmə qarşı qorumaq, üzv dövlətlərdə demokratiya, insan haqları və qanunun aliliyini müdafiə etmək daxildir.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Almaniyada iki nəfər sinaqoqda bıçaqlı hücum planlaşdırmaqda ittiham olunur

Aynur Camal

Gürcüstanda hüquqi şəxslərin siyasi partiyaları maliyyələşdirməsi qanunla qadağan edildi

Teymur Əziz

Husilər onların hücumundan sonra Britaniya gəmisinin batdığını bildirdi.

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu