Baş xəbərMaraqlı faktlar

Süni ürək köçürülməsi baş tutub

Bugun.tv əldə etdiyi məlumata görə xəbər verir ki, 3D printerdə insan ürəyinin analoqu yaradılıb. Belə ki, mütəxəsislər ilk olaraq polimer əsaslı mürəkkəblər vasitəsilə onu çap ediblər. Bu əsl ürəyi təkrarlayan yumşaq və elastiki süni ürəkdir. Daha sonra mütəxəssislər aortanı çap ediblər və süni ürəyə qan dövranı sistemini imitasiya edən pnevmatik sistem əlavə olunub. Ritmik ürək döyüntülərinin əldə edilməsi üçün mütəxəssislər çıxan havanı ayarlamağı bacarıblar. Bu üsul ilə onlar ürəyin nasos özəlliyini imitasiya edə biliblər. Bütün bunlar vasitəsilə mütəxəssislər bu orqandakı problemləri müşahidə edib və əldə olunan məlumatlar əsasında maksimal dəqiq müalicəni müəyyənləşdiriblər.

Bildirilir ki, çap edilən süni ürəyin ölçüsü və forması insandan-insana fərqlənə biər. Bu fərqlilik əsasən ürək xəstəliklərinə sahib insanlarda daha yaxşı nəzərə çarpır.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu