Bugun.TV xəbər verir ki, tibbi laboratoriya və diaqnostika sahəsində fəaliyyət göstərən SUNLAB 10 illik fəaliyyət dövrünü tamamlayır.
2016-cı ildə fəaliyyətə başlayan SUNLAB ötən on il ərzində müasir laboratoriya xidmətlərinin inkişafı, müayinələrin dəqiqliyinin təmin edilməsi və pasiyentlərə keyfiyyətli xidmət göstərilməsi istiqamətində fəaliyyətini davam etdirib. Fəaliyyətinin əsasını “Sıfır Xəta” prinsipi üzərində quran SUNLAB bu illər ərzində laboratoriya diaqnostikasının müxtəlif istiqamətlərini əhatə edən geniş xidmət imkanları formalaşdırıb. Bu gün laboratoriyada hematologiya, biokimya, hormon, immunologiya və serologiya, mikrobiologiya, genetika, PZR, patohistologiya, vitamin və mikroelementlər daxil olmaqla çoxsaylı istiqamətlər üzrə müayinələr həyata keçirilir.

SUNLAB-ın fəaliyyətində müasir texnologiyaların tətbiqi və keyfiyyətə nəzarət xüsusi yer tutur. Laboratoriyanın inkişafında peşəkar tibbi heyətin, müasir avadanlıqların və beynəlxalq keyfiyyət standartlarına uyğun iş prinsiplərinin mühüm rolu var. 10 il ərzində SUNLAB fərdi pasiyentlərlə yanaşı, müxtəlif tibb müəssisələri ilə əməkdaşlıq edərək korporativ laborator xidmətlərin göstərilməsi istiqamətində də fəaliyyətini genişləndirib.
Bu gün 10 illik fəaliyyət yolu SUNLAB üçün yalnız yubiley deyil, həm də görülən işlərin, formalaşan etimadın və gələcək inkişaf hədəflərinin göstəricisidir. Qarşıdakı illərdə laboratoriya xidmətlərinin daha da təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi və pasiyent məmnuniyyətinin yüksəldilməsi əsas istiqamətlərdən biri olaraq qalır.
Bugün TV olaraq SUNLAB kollektivini 10 illik yubileyi münasibətilə təbrik edir, fəaliyyətində yeni uğurlar və davamlı inkişaf arzulayırıq!

