İngiltərə Kral Rəsədxanası bu həftə “süper ay” və “şeytan buynuz” tutulmasının eyni vaxtda baş verəcəyini açıqlayıb.
Kral Rəsədxanası rəsmiləri tərəfindən edilən açıqlamada, martın 30-na keçən gecə səmada eyni vaxtda iki nadir astronomik hadisənin baş verəcəyi, Ayın Yerə ən yaxın nöqtəsinə çatacağı və super Ay adlanan parlaq və böyük bir görünüş alacağı açıqlanıb. Eyni zamanda, Ayın qismən Günəşin qarşısından keçməsi ilə Şimal Yarımkürəsində “şeytanın buynuzu” kimi tanınan qismən Günəş tutulması baş verəcək. Astronomlar bu nadir səma hadisəsinin xüsusilə fotoqraflar və astronomiya həvəskarları üçün əhəmiyyətli bir fürsət təqdim etdiyini bildiriblər.
Mənbə: HaberGlobal