Baş xəbərTexnologiya

Sürətli genişzolaqlı internetə çıxış üçün bəyannamə qəbul edildi

Qoşulmama Hərəkatına üzv dövlətlərin informasiya və kommunikasiya sahəsinə məsul nazirlərinin “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi çərçivəsində İKT infrastrukturunun inkişafı” mövzusuna həsr olunan görüş keçirilib.

Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev facebook səhifəsində paylaşım edib.

O bildirib ki, görüşdə Azərbaycanda İKT infrastrukturunun inkişafı, xüsusilə əhalinin sürətli genişzolaqlı internetə çıxış imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında danışılıb.

Həmçinin dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün İKT infrastrukturunun inkişafı ilə bərabər kadr potensialının artırılmasının vacibliyini vurğulanıb.

Görüşün sonunda Birgə Bəyannamə qəbul edilib.

Aynur Camal

Oxşar xəbərlər

26 illik köhnə kompüteri yenidən işə saldı: 700-ə yaxın oyun yüklədi

Aynur Camal

Vüqar Bayramov: Laçında 979 ailə məskunlaşıb

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 3,2 dəfə artıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu