33 C
Baku
16 İyul 2024, 19:29
Baş xəbərSosial

Suraxanı rayon 3 saylı doğum evində nələr baş verir? – Xəstəxananın kollektivi baş həkim Zalxa Osmanovadan şikayət etdilər!

Bugun.tv-yə Suraxanı rayon 3 saylı Doğum evi ilə bağlı şikayət daxil olub. Şikayətçilər də elə sözügedən müəssisənin bir qrup əməkdaşıdır. Müraciətdə bildirilir ki, onların çalışdığı doğum evində özbaşnalıqlar və qanunsuz əməllər illərdir ki, davam edir. Belə ki, baş həkim Zalxa Osmanova xəstəxananı dövlətin qanunları ilə deyil, özünə sərf edən qaydalarla idarə edir və bu dözülməz hal alıb.

Doğum evinin baş həkimi Zalxa Osmanova
Doğum evinin baş həkimi Zalxa Osmanova

Belə ki, Z.Osmanova öz təyinatından sonra xəstəxanada özbaşına dəyişilikləri edib. Yetkinlik yaşına çatmayan uşaqların və əcnəbi vətəndaşların gizli şəkildə doğuşuna şərait yaradır. Tibb müəssisəsində baş verənlərlə bağlı redaksiyamıza daxil olan şikayət məktubunu diqqətinizə çatdırırıq:

“Suraxanı rayon 3 saylı doğum evinin direktoru Zalxa Osmanova, Xəstə Xidmətləri bölməsini doğum evinin əsas binasından çıxardaraq, yardımçı tikili olan doğum evinin qazanxanasının binasına köçürüb. Qazanxana binasında Xəstə Xidmətləri bölməsi 7 (yeddi) nəfər işçisi bir otaqda yerləşdirilib. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə baxış keçirilməsini müdiriyyətdən tələb etsək də, tələbimizə baxılmayıb”.

Şikayətçilər bildirir ki, haqlı narazılığı qəbul etməyən Z.Osmanova hər gün iclasda onları digər işçilərin qarşısında nalayiq ifadələr, sözlərlə təhqir edir, alçaldır.

“Dəfələrlə mənə “Ərizəni yaz işdən çıx, sənin yerinə işçi götürüm”, – deyərək şərəf və ləyaqətimi təhqir edib. O, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanovun adından da  istifadə edir. Onun tələbə yoldaşı olduğun bildirir. “Hara istəyirsiniz şikayət edə bilərsiz! Onsuz da heç bir nəticəsi olmayacaq. Mənə heç kim, heç nə edə bilməz”, – deyir. Zalxa Osmanovanın əməllərindən təkcə bizim bölmə yox, digər işçilər də narazıdırlar. Bununla bağlı onlar da yazılı və şifahi formada “Suraxanı Tibb Mərkəzi” publik hüquqi şəxsin direktoru Ələkbər Tağıyevə müraciət ediblər. Ələkbər Tağıyevin Zalxa Osmanova ilə apardığı söhbətlərə baxmayaraq o, əxlaqsız ifadələr işlədərək işçiləri təhqir etməkdən qalmır. Onlara  işləməyə imkan vermir. Biz doğum evinə daxil olan xəstələrin İcbari Tibbi Sığortadan yararlanmalarına şərait yaradırıq. Amma müdiriyyət təyin olunduğu gündən xarici vətəndaşların İcbari Tibbi Sığorta proqramına salmasını əngəlləyib. Bu da dövlət büdcəsindən xeyli vəsaitin yayındırılması deməkdir. May ayı ərzində bildiyim iki faktı nəzərinizə çatdırmağı özümə borc bilirəm. Gürcüstan vətəndaşı Ganbarova Giunai10.05.2024-ci il tarixində, Rusiya Federasiyası vətəndaşı İsmailova Elmira 22.05.2024-cü il tarixində “Suraxanı Tibb Mərkəzi ”publik hüquqi şəxsi alt müəssisə 3 nömrəli doğum evində uşaq dünyaya gətiriblər. Bununla yanaşı 18 yaşı tamam olmayan qızları gizli şəkildə doğumlarını təşkil edib. Mənim və şöbədə çalışan işçilərin əksəriyyətinin bunlardan xəbər var. Dəfələrələ şikayət etməyimizə baxmayaraq, problem və özbaşnalıqlar hələ də həllini tapmayıb”.

İndi 3 nömrəli doğum evinin işçilərinin istəyi komissiya yaradılaraq xəstəxanaya yerində baxış keçirilməsinin təmin olunmasıdır. Şikayətçilər son olaraq bildirir ki, əlaqədar qurumlar onların şikayətinə baxmasalar, o zaman kollektiv surətdə dövlət başçısına müraciət edəcəklər.

P.S: Şikayətçilər sadalanan faktlarla bağlı redaksiyamıza videogörüntülər də təqdim ediblər. Həmin görüntülərdə azyaşlı bir qızın qeyri-qanuni doğuma aldıqlarına görə, Zalxa Osmanovanın köməkçisinə pul rüşvəti verildiyi iddia olunur. Hazırda həmin kadrlar redaksiyamızın əməkdaşları tərəfindən araşdırılır. Fakt sübuta yetdiyi halda onu da təqdim edəcəyik.     

Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.           

Bugün TV

Oxşar xəbərlər

Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıldı

Kəmalə Sultan

Gömrükdə 1,3 milyon lirə dəyərində qaçaq insan saçı ələ keçirildi

Kəmalə Sultan

“Daşnaksütyun” bir neçə nümayəndəsinin evində axtarışlar aparılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu