6 C
Baku
18 Yanvar 2026, 17:18
Baş xəbər

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçildi

ASCO-nun “Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə (International Congress of Maritime Museums – ICMM) üzv qəbul olunub.

Bugun.tv – xəbər verir ki, Gəmi-muzeyi ICMM-ə üzv seçilməklə, təkcə Azərbaycanın deyil, həm də bütün Qafqaz regionunun bu nüfuzlu təşkilatda təmsil olunan ilk muzeyi statusunu qazanıb.

Bu üzvlük muzeyə beynəlxalq layihələrdə iştirak, təcrübə mübadiləsi və tematik sərgilərdə təmsil olunmaq imkanı verir. Həmçinin bu platforma vasitəsilə Azərbaycanın qədim dənizçilik tarixi və irsi daha geniş auditoriyaya təqdim olunacaq.

Uzun illər Xəzər dənizində tanker kimi fəaliyyət göstərən “Suraxanı” 2021-ci ildə muzeyə çevrilib. Hazırda isə dünyanın ilk və yeganə tanker-muzeyi olaraq fəaliyyətini uğurla davam etdirir.

Bu muzey yerli sakinlər və turistlərə ölkəmizdə gəmiçiliyin tarixi, Abşeronda neft hasilatı, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır.

Qeyd edək ki, Beynəlxalq Dəniz Muzeyləri Konqresi 1972-ci ildə təsis olunub və onun dünyanın 40-dan çox ölkəsindən 150-yə yaxın üzvü var. Təşkilat hər iki ildən bir üzv muzeylər arasında əməkdaşlığı gücləndirmək, dəniz irsinin qorunması və təqdimatı sahəsində təcrübə mübadiləsini təşviq etmək məqsədilə beynəlxalq konqres keçirir. Növbəti ICMM Konqresi 2026-cı ilin 13–18 sentyabr tarixlərində Avstraliyanın Sidney şəhərində, Avstraliya Milli Dəniz Muzeyində baş tutacaq.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi rəsmi təqdimatını keçirdi

Aynur Camal

Azərbaycan “Mastercard”la tranzit daşımaları üzrə əməkdaşlığı müzakirə edib

Aynur Camal

Azərbaycan – BMT arasında WUF13 forumuna dair mühüm saziş imzalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu