21 C
Baku
15 Mart 2025, 13:44
Baş xəbərDünya

Suriya Rusiyadan Bəşər Əsədi istədi! Yenidənqurma üçün kompensasiya

Suriya ilə Rusiya arasında ilk rəsmi səfər baş tutub. Rusiya nümayəndə heyəti Dəməşqdə yeni administrasiyanın rəhbəri Əhməd əl-Şara ilə görüşüb. Səfər zamanı Suriyanın devrilmiş lider Bəşər Əsədin ekstradisiyasını tələb etdiyi iddia edilib. Bu, Bəşər Əsəd Suriyada devrildikdən və Rusiyaya qaçdıqdan sonra iki ölkə arasında ilk rəsmi səfər idi. Rusiya nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşqdə yeni administrasiyanın rəhbəri Əhməd əl-Şara ilə görüşüb. Rusiya xarici işlər nazirinin müavini və prezident Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovun rəhbərlik etdiyi nümayəndə heyətinin yeni administrasiya ilə görüşündə Suriyanın suverenliyi və ərazi bütövlüyünə “hörmət” də daxil olmaqla mühüm məsələlər müzakirə edilib. Rusiya nümayəndə heyəti Suriyadakı prosesləri izlədiklərini və dəstəklərini ifadə etdiklərini bildirib. Görüşdə Moskvanın təzminat, yenidənqurma və bərpa kimi konkret addımlar vasitəsilə Suriya xalqına etimadı “yenidən qurmaq”dakı rolu vurğulanıb.

Tərəflər, həmçinin devrilmiş Əsəd rejiminin apardığı “amansız müharibənin qurbanları” üçün hesabatlılığın və ədalətin təmin edilməsinə yönəlmiş keçid mexanizmləri haqqında da danışıqlar aparıblar. Suriyadakı yeni administrasiya ölkənin ədalət, ləyaqət və suverenliyə əsaslanan gələcəyini qurmaq üçün bütün maraqlı tərəflərlə prinsipial şəkildə məşğul olmaq əzmini təsdiqləyərək, keçmiş səhvlərin aradan qaldırılmasının və Suriya xalqının iradə və maraqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.

Euronews-un suriyalı mənbəyə əsaslanaraq verdiyi xəbərdə Suriya müvəqqəti administrasiyasının lideri Əhməd əl-Şara dekabr ayında devrildikdən sonra Rusiyaya qaçan Bəşər Əsədin ekstradisiyasını tələb etdiyi iddia edilib. Mövzu ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Ötən il Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiya nümayəndə heyətinin ilk səfərini dünən paytaxt Dəməşqə etdiyi bildirilib. Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər nazirinin müavini, prezident Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov və Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Anesteziya ilə bağlı 7 mif

Aynur Camal

Millimizin daha 2 üzvü yarımfinala vəsiqə qazanıb

Aynur Camal

Mobil telefon oğurlayan şəxs saxlanıldı 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu