23 C
Baku
21 İyul 2024, 16:39
Dünya

Suriyada DEAŞ hücumu: Ölən və yaralananlar var

Suriyada DEAŞ terror təşkilatı Əsəd administrasiyasına bağlı qüvvələrə qarşı hücum təşkil edib. Hücumda ən azı 6 əsgər həyatını itirib, 10-dan çox əsgər isə yaralanıb. Terror təşkilatı DEAŞ-ın Suriyanın Homs və Rakka əyalətlərində Bəşər Əsəd rejimi ordusuna qarşı həyata keçirdiyi hücumlarda ən azı 6 əsgər şəhid olub, 10-dan çox əsgər isə yaralanıb. Yerli mənbələrdən əldə edilən məlumata görə, İŞİD terrorçuları ötən gün Homs və Rakka əyalətlərinin səhra bölgəsində Əsəd rejimi ordusuna qarşı iki hücum həyata keçirib.

Rejim hələlik hücumla bağlı açıqlama verməyib.

Suriyada nüfuzunu böyük ölçüdə itirən DEAŞ, Rakka, Homs, Dəra, Suveyda və Deyr əz-Zor əyalətlərinin bir hissəsini əhatə edən “Badiyə” kimi tanınan səhra bölgəsində hüceyrə quruluşu olaraq varlığını qorumağa çalışır.

Terror təşkilatı zaman-zaman vur-qaç taktikası ilə Əsəd rejiminə və onun tərəfdarlarına itkilər verir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Külək daha bir yanğına səbəb oldu

Aynur Camal

Rusiyanın Dağıstan vilayətində baş verən silahlı hücumda ölənlərin sayı artır

Şükufə Ramizqızı

Fransanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu