16.7 C
Baku
18 May 2025, 5:26
Baş xəbərDünya

Suriyada Əsəd rejiminin süqutundan sonra ilk bayram namazı!

Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra ilk Fitr bayramı namazı qılınıb.

Ölkənin bütün əyalətlərində səhər saatlarından bir yerə toplaşan vətəndaşlar bayram sevincini yaşayıblar.

Bəşər Əsəd rejiminin süqutundan sonra ilk bayram namazına qatılan vətəndaşlar cərgələrə düzülərək təkbirlər müşayiəti ilə namaz qılıblar.

Namazdan sonra oxunan xütbədə birlik və həmrəylik mesajları ön plana çıxıb və Suriya xalqının yaşadıqları çətin günlərdən sonra bir araya gələrək yeni bir başlanğıc etmələri vurğulanıb.

Ölkənin yenidən qurulması və sülhün bərqərar olması üçün də dualar edilib.

Əməvi məscidində bayram namazı qılan Ömər Şahrur Suriyada Əsəd rejimi olmadan ilk bayramı qeyd etməkdən xoşbəxt olduqlarını bildirib.

Şahrur, “Xalqımızı yoxsullaşdıran, zəlil edən, öldürən, köçkün salan zalım rejimdən xilas olduq. Bu gün bütün İslam dünyası ilə birlikdə bayramı azad şəkildə qeyd edirik” deyib.

Birlik və həmrəyliyə vurğu edən Şahrur, “Bu zəfər qəhrəmanlarımızın mübarizəsi, qardaş ərəb ölkələri və Türkiyənin böyük dəstəyi sayəsində əldə olundu. İnşallah Suriya bir daha zülm və zülmün hökmranlığına dönməyəcək” deyib.

Səudiyyə Ərəbistanında yaşayan və tezliklə Suriyaya dönəcəyini bildirən Haviye Attar da sevincini bölüşüb.

Əttar, “İndi azadlığın dadını yaşayırıq. Mən indi hər cəhətdən azadam və bu mənə sözlə ifadə olunmaz xoşbəxtlik verir. Əsəd dövründə qorxu və zülm var idi. Onun hakimiyyəti insanları iyrəndirdi. Allah ona lənət eləsin. Amma indi şükürlər olsun ki, hisslərimizi sərbəst ifadə edə bilirik” deyib.

Artıq sərbəst şəkildə ibadət edə bildiyini vurğulayan Əttar, “Artıq namaz qılıb Əməvi məscidini ziyarət edə bilərik. Əvvəllər bu mümkün deyildi. Şükür Allaha” deyə qiymətləndirmə aparıb.

Bayramı ölkəsində keçirmək və rejimin süqutunu qeyd etmək üçün xüsusi olaraq dostu ilə İngiltərədən gəldiyini ifadə edən Raqad Şamiye, “Əsəd rejimi ölkəni 60 ildir yaşanmaz hala salıb. Amma indi azadıq. İnşallah, ölkəmizi qısa zamanda bərpa edəcəyik” deyib.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Zəncirvari qəza oldu: 3 ölü, 6 yaralı var

Bugün TV

Hökumət sosial media platformalarına təzyiq etmək üçün qanun hazırlayır! Avstraliyadan presedent addım

Aynur Camal

Nəhəng neft yatağı tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu