20 C
Baku
1 İyun 2025, 23:42
Baş xəbərDünya

Suriyada isti saatlar: İran və ABŞ arasında qarşılıqlı hücum oldu

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi qruplar ilə ABŞ qüvvələri arasında qarşılıqlı hücum həyata keçirilib.

Yaxın Şərqdə sakitlik yoxdur. Deyr əz-Zorda Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi qruplar ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Təsislərinə raket hücumu həyata keçirib.

Anadolu Agentliyinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ bazasının yerləşdiyi bölgədə tüstü yüksəlir və hücumda hər hansı itki olub-olmadığı məlum deyil.

ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus döyüş təyyarələri Deyr əz-Zor vilayətinin şərqində və Həşşam şəhəri ətrafında İranın dəstəklədiyi qruplaşmalara məxsus hərbi məntəqələri vurub.

Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin, əyalət mərkəzi və digər kənd yerləri isə Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarəti altındadır.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

100 cinayətin üstü açıldı, 86 şübhəli saxlanıldı

Kəmalə Sultan

Finlandiya Ukraynaya təxminən 200 milyon avroluq hərbi yardım paketi açıqlayıb

Aynur Camal

Azərbaycanın bu ölkələrdəki səfirlikləri təhdid altındadır – AÇIQLAMA

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu