8 C
Baku
18 Fevral 2026, 19:01
Kriminal

Sürücü piyadanın ölümünə səbəb oldu

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, hadisə axşam saatlarında Zaqatala şəhər ərazisində baş verib.

Hərəkətdə olan VAZ-21015 markalı minik avtomobili rayonun Üçüncü Tala kənd sakini 55 yaşlı Güləsər Əliyevanı vurub.

Qəza zamanı ağır bədən xəsarətləri alan Güləsər Əliyeva dünyasını dəyişib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

$600 Körpə Satışı: İndoneziyada Uşaq Alveri Üzüyü oğurlandı

Aynur Camal

“İnter-Server” 35 illiyini qeyd edir

Aynur Camal

Ölüm səbəbi nədir?- Araşdırılır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu