Kriminal

Sürücü piyadanın ölümünə səbəb oldu

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, hadisə axşam saatlarında Zaqatala şəhər ərazisində baş verib.

Hərəkətdə olan VAZ-21015 markalı minik avtomobili rayonun Üçüncü Tala kənd sakini 55 yaşlı Güləsər Əliyevanı vurub.

Qəza zamanı ağır bədən xəsarətləri alan Güləsər Əliyeva dünyasını dəyişib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı həbslər davam edir

Nigar Məmmədova

Həyat yoldaşının başını və qollarını kəsən şəxs 20 il azadlıqdan məhrum edildi

Aynur Camal

Arvadını öldürüb evini yandıran müttəhimə ağırlaşdırılmış ömürlük həbs cəzası

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu