23 C
Baku
10 İyun 2025, 0:21
Kriminal

Sürücü piyadanın ölümünə səbəb oldu

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, hadisə axşam saatlarında Zaqatala şəhər ərazisində baş verib.

Hərəkətdə olan VAZ-21015 markalı minik avtomobili rayonun Üçüncü Tala kənd sakini 55 yaşlı Güləsər Əliyevanı vurub.

Qəza zamanı ağır bədən xəsarətləri alan Güləsər Əliyeva dünyasını dəyişib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Əməliyyat keçirildi, 7 nəfər nəzarətə götürüldü

Bugün TV

Özünü “qazi” adlandıran şəxs saxlanıldı – FOTO

Nigar Məmmədova

2 terrorçu zərərsizləşdirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu