25 C
Baku
27 İyul 2024, 7:43
Sosial

Sürücülərin bu qaydaları bilməsi vacibdir

Sürücülərin ehtiyat tədbirlərini unutmaması olduqca vacibdir. Yəni avtomobillərini düzgün park etməlidir, sərxoş halda sükan arxasına əyləşməməlidir. Əks təqdirdə isə maşınları əllərindən alına bilər.

Avtomobillərin cərimə meydançalarına aparılması son dövrlərdə daha da aktuallaşıb. Əksər sürücüləri bir sual düşündürür. Hansı hallarda nəqliyyat vasitəsi cərimə meydançasına aparıla bilər?

Bununla bağlı Bugun.tv-nin suallarını Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev cavablandırıb.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda,  yaxud saxta və ya qeyri-standart olduqda, eləcə də nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə, dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixaturop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində, sərxoş vəziyyətdə idarə olunmasını güman etməyə kifayət qədər əsas olan şəxslər tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqdada nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırlır”.

Əgər sürücü təhlükəsizlik kəmərini taxmayıbsa, mobil telefondan istifadə edirsə, ötmə, manevr qaydasını pozub qırmızı işıqda keçibsə və digər hallarda avtomobil cərimə meydançasına aparılmır. Yerindəcə cərimə yazılır.

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, maşının müvəqqəti duracağa aparılması əsasən dayanma-durma qaydalarının pozulması nəticəsində baş verir. Çox təəssüflər olsun ki, bəzən avtoxuliqanlıq əməlinə görə maşın cərimə meydançasına aparılır. Amma burada yəni sırf avtoxuliqanlığa görə deyil, sürücülərin əksəriyyətinin nəqliyyat vasitəsinə müdaxilə etməsidir. Maşının arxa hissəsini aşağı salırlar, yaylar kəsilir. Ön hissəsi göyə qalxır, şüşələr həddən artıq tündləşdirilmiş vəziyyətdə olur və digər elementlər sayrışan işıqlar,səs siqnallarına rast gəlinir. Buna görə zərurət yaranır ki, avtomobil duracağa təmin olunsun.Çünki o avadanlıqlar oradan sökülüb çıxarılmalıdır və avtomobil  istehsalçı zavodun normalarına uyğunlaşdırılmalıdır.

Avtomobil dövlət yol polisi əməkdaşları tərəfindən müvəqqəti duracağa aparılır. Əgər sürücü yol polisinin maşını idarə etməsini istəmirsə, evakuator çağıra bilər.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Efirə dəvət olunan ekspertlərin fəaliyyəti mütləq araşdırlmalıdır”

Kəmalə Sultan

Balakəndə 4 otaqlı mənzil yanıb

Aynur Əfəndi Zadə

Türk dili dərslərinə start verilir!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu