Image default
Baş xəbərDigərHadisəKriminal

Sürücülər dələduzluq etdiyi üçün saxlanıldı 

Bugun.tv xəbər verir ki, paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təkliflər etmələri barədə polisə məlumat daxil olub. Məlumatda həmçinin, taksi görüntüsü yaradaraq narkokuryerlik etmələri qeyd edilib. Daxil olan əməliyyat məlumatları əsasında polis əməkdaşları tərəfindən növbəti təxirəsalınmaz tədbirlər keçirilib.

Son bir neçə gündə keçirilən tədbirlər nəticəsində qeyd olunan qanuna zidd əməlləri törədən həmin şirkətlərin daha 11 sürücüsü saxlanılıb. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən intensiv tədbirlər davam etdirilir.

Qeyd edək ki, vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, “102″ Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Argentina dramatik qələbə ilə Dünya Kubokunun dörddəbir finalına yüksəldi

Aynur Camal

16 yaşlı innovator: Şəms Musayeva gənclər üçün yeni platforma yaradır

Aynur Camal

İlham Əliyev ABŞ senatoru Stiv Deynsi qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu