Baş xəbərMədəniyyət

“Şuşaya Salam ” poeziya layihəsi baş tutub

Bugün.tv xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və “Space” Müstəqil Teleradio Şirkətinin birgə təşkilatçılığı ilə “Şuşaya Salam” Beynəlxalq Poeziya layihəsinin təqdimatı baş tutub.

Tədbiri açan layihənin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun sözlərinə görə, 30 ölkədən 44 şair Şuşanı şeirlə salamlayacaq.

“Şuşa ili”ndə  dünya şairləri Şuşa üçün  şeir oxuyurlar” –  şuarındakı məqsəd mədəniyyətin, musiqinin beşiyi olan Şuşa şəhərinin tərənnümü,  Ermənilərin əsrlərdir öz adlarına çıxmağa çalışdığı Qarabağın, Şuşanın Azərbaycanın qədim diyarı olduğunu bir daha dünya ölkələrinin diqqətinə   çatdırmaqdır.

Aynur Camal

Oxşar xəbərlər

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Pezeşkianla SEPAH arasında qarşıdurma dərinləşir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu