3 C
Baku
19 Yanvar 2026, 15:55
DünyaSiyasət

Süveyş körfəzində qazma gəmisi batıb: 4 nəfər ölüb, 23 nəfər yaralanıb

Səudiyyə Ərəbistanı şirkətinə məxsus “Admarine 12” qazma gəmisi Qırmızı dənizdəki missiya ərazisinə gedərkən Süveyş körfəzində çevrilib.

Hadisə zamanı 30 ekipaj üzvündən 4-ü həyatını itirib, 23-ü yaralı olaraq xilas edilib, 3-ün isə hələ də taleyindən xəbər yoxdur.

İtkin düşənlərin axtarış-xilasetmə işlərinə başlanılıb.

Misirin neft və mineral sərvətlər naziri Kərim Bədəvi və əmək naziri Məhəmməd Cibran hadisə yerində müayinələr aparıblar.

Bədavi hadisələrin yaxından izlənildiyini və müvafiq orqanlar və şirkətlərlə əlaqənin davam etdiyini bildirib.

Səudiyyə Ərəbistanı şirkəti tərəfindən edilən açıqlamada həyatını itirən 4 nəfərdən 3-nün şirkət işçisi, 1-nin isə müqaviləli işçi olduğu bildirilib.

Qəza ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Süveyş Kanalı Administrasiyasının sədri Usamə Rabi, Süveyş kanalının cənub girişindən 130 dəniz mili aralıda baş verən hadisənin ticarət yolunda hər hansı bir axsamaya səbəb olmadığını açıqlayıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Gürcüstan–Qərb münasibətlərində böhran dərinləşir: siyasi izolyasiya və regional risklər artır

Aynur Camal

Bu ölkədə Novruz dövlət bayramı elan edildi

Aynur Camal

Davos 2026: Dünya liderləri və iqtisadi zirvə başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu