3 C
Baku
14 Dekabr 2025, 9:12
DünyaSiyasət

Süveyş körfəzində qazma gəmisi batıb: 4 nəfər ölüb, 23 nəfər yaralanıb

Səudiyyə Ərəbistanı şirkətinə məxsus “Admarine 12” qazma gəmisi Qırmızı dənizdəki missiya ərazisinə gedərkən Süveyş körfəzində çevrilib.

Hadisə zamanı 30 ekipaj üzvündən 4-ü həyatını itirib, 23-ü yaralı olaraq xilas edilib, 3-ün isə hələ də taleyindən xəbər yoxdur.

İtkin düşənlərin axtarış-xilasetmə işlərinə başlanılıb.

Misirin neft və mineral sərvətlər naziri Kərim Bədəvi və əmək naziri Məhəmməd Cibran hadisə yerində müayinələr aparıblar.

Bədavi hadisələrin yaxından izlənildiyini və müvafiq orqanlar və şirkətlərlə əlaqənin davam etdiyini bildirib.

Səudiyyə Ərəbistanı şirkəti tərəfindən edilən açıqlamada həyatını itirən 4 nəfərdən 3-nün şirkət işçisi, 1-nin isə müqaviləli işçi olduğu bildirilib.

Qəza ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Süveyş Kanalı Administrasiyasının sədri Usamə Rabi, Süveyş kanalının cənub girişindən 130 dəniz mili aralıda baş verən hadisənin ticarət yolunda hər hansı bir axsamaya səbəb olmadığını açıqlayıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Fələstin: Əl-Əqsa qırmızı xəttdir, Ben-Qvirin sinaqoqlar tikməyə çağırışı çox təhlükəlidir

Aynur Camal

Qəzzada hökumətin mətbuat ofisi yalnız 70 min insanın cənuba köç etdiyini açıqlayıb

Bugün TV

Həkimlər Papada kardioloji problemin olması ilə bağlı xəbəri təkzib etdilər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu