33 C
Baku
26 İyul 2025, 15:05
Baş xəbərSosial

Səfir Ferqus Old həlak olanların yas mərasimində iştirak edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old ölkəmizin İrandakı səfirliyində törədilmiş terror aktı nəticəsində həlak olan baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak edib. Məlumata görə, diplomat Bakının Yasamal rayonunda qurulan xüsusi çadırda olub. O, dəfn mərasimində iştirak edərək şəhidin atasına başsağlığı verib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib. Məlumata görə, Kalaşnikov avtomatı ilə silahlanmış terrorçu mühafizə postuna daxil olaraq təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Hücumun qarşısı alınarkən diplomatik nümayəndəliyin iki mühafizəçisi yaralanıb. Cinayət törədən şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Mənbə: report

Aynur Camal

Oxşar xəbərlər

Mayın 16-da gözlənilən hava şəraiti

Aynur Camal

Mərc dəstəsinə qarşı əməliyyat oldu: 7 nəfər həbs edildi

Bugün TV

NASA kosmosda indiyədək ölənlərin sayını açıqladı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu