Baş xəbərSəhiyyəSosial

Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində çalışan psixiatrlar üçün təlimlər təşkil edir

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müharibə veteranlarına tibbi xidmət göstərən psixiatrlar üçün təlimlər keçirir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tibb mütəxəssisləri üçün təşkil olunan təlimlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Psixiatriya Xəstəxanası, Psixi Sağlamlıq Mərkəzi, o cümlədən şəhər və rayon psixiatriya xəstəxanaları və psixonevroloji dispanserlərin psixoloq və psixiatrları iştirak edirlər. Təlimçi qismində Türkiyədən Ankara Universiteti Gülhanə Tədris və Araşdırma Xəstəxanası, Psixiatriya bölümünün müəllimi professor Dr. Bülent Devrim Akçay cəlb olunub.

Türkiyəli mütəxəssis 7 günlük təlim müddətində hərbi psixiatriyanın əsas prinsipləri, psixiatriyada müalicə metodları, mənəvi travma konsepsiyası, postravmatik stress pozuntusu və digər mövzular üzrə təcrübəsini yerli mütəxəssislərlə paylaşacaq.

Aynur Camal

Oxşar xəbərlər

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirildi

Aynur Camal

Payız mövsümünə özəl: Kosmetoloji prosedurlara 20 faiz endirim elan edildi

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu