26 C
Baku
18 Sentyabr 2026, 13:53
Şəfəq Teatrı, Səhnəmizin Şəfəq Çağı, Üzeyir Hacıbəyli, Milli Musiqi Günü, teatr mövsümü, teatral-konsert proqramı, Xətai rayonu, Azərbaycan teatrı, Arşın mal alan, Paşa Ağayev
Baş xəbərMədəniyyət

“Səhnəmizin Şəfəq Çağı” adlı teatral-konsert proqramı keçirildi

Bugun.tv – xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, H.Abbasov adına Mədəniyyət Mərkəzi və Şəfəq Teatrının birgə təşkilatçılığı ilə Xətai rayonunda “Səhnəmizin Şəfəq Çağı” adlı teatral-konsert proqramı keçirilib.

Xətai rayonunda yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatrında baş tutan tədbir Şəfəq Teatrının ikinci teatr mövsümünün açılışına həsr olunub. Böyük tamaşaçı marağı ilə qarşılanan konsert proqramını 600–700 nəfərə yaxın tamaşaçı izləyib.

Şəfəq Teatrı, Səhnəmizin Şəfəq Çağı, Üzeyir Hacıbəyli, Milli Musiqi Günü, teatr mövsümü, teatral-konsert proqramı, Xətai rayonu, Azərbaycan teatrı, Arşın mal alan, Paşa Ağayev

Tədbir Azərbaycan milli musiqisinin və teatr sənətinin inkişafında müstəsna xidmətləri olan dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına və Milli Musiqi Gününə ithaf olunub. Konsert proqramı boyunca Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş videosüjetlər nümayiş etdirilib.

Proqram çərçivəsində Şəfəq Teatrının repertuarında yer alan tamaşalardan səhnə parçaları təqdim olunub. Tamaşaçılar Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu”, eləcə də Abdulla Şaiqin qələmə aldığı “Qaraca qız” əsərinin səhnə quruluşundan parçaları izləyiblər. Teatrın aktyorlarının ifasında təqdim olunan səhnələr musiqi və rəqs nömrələri ilə müşayiət olunub.

Teatral hissələrlə yanaşı, konsert proqramında gənc müğənnilər Əli Ağazadə və Kamil Qədimzadə də çıxış edərək tədbirin musiqi atmosferinə xüsusi rəng qatıb, tamaşaçılara musiqi nömrələri təqdim ediblər.

Şəfəq Teatrı, Səhnəmizin Şəfəq Çağı, Üzeyir Hacıbəyli, Milli Musiqi Günü, teatr mövsümü, teatral-konsert proqramı, Xətai rayonu, Azərbaycan teatrı, Arşın mal alan, Paşa Ağayev

Tədbirdə Azərbaycan teatrının yaranma və inkişaf tarixindən bəhs edən təqdimatlar da nümayiş olunub. Eyni zamanda, son illərdə fəaliyyət göstərən gənc teatr kollektivlərinin, o cümlədən Şəfəq Teatrının yaranması, fəaliyyəti, repertuarı və gələcək yaradıcılıq perspektivləri barədə məlumat verilib.

Konsert proqramında Xətai Rayon İcra Hakimiyyətinin Siyasi-ictimai və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da iştirak edib. O, çıxışı zamanı Şəfəq Teatrının fəaliyyətini yüksək qiymətləndirərək kollektivə gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Şəfəq Teatrının birinci fəaliyyət ilinin tamam olması və ikinci teatr mövsümünün başlanması tədbirin əsas məqamlarından biri olub. Bir il ərzində gənc teatr kollektivi müxtəlif səhnə əsərləri üzərində çalışaraq repertuarını formalaşdırıb, teatr sənətinin təbliği istiqamətində layihələr həyata keçirib və geniş tamaşaçı auditoriyası qarşısında çıxışlar edib.

Şəfəq Teatrı, Səhnəmizin Şəfəq Çağı, Üzeyir Hacıbəyli, Milli Musiqi Günü, teatr mövsümü, teatral-konsert proqramı, Xətai rayonu, Azərbaycan teatrı, Arşın mal alan, Paşa Ağayev

Tədbirin sonunda Şəfəq Teatrının direktoru, bədii rəhbəri və quruluşçu rejissoru Paşa Ağayev çıxış edərək kollektivin birillik fəaliyyəti, ikinci teatr mövsümünün qarşıya qoyduğu məqsədlər və qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan yaradıcılıq layihələri barədə məlumat verib. O, teatrın fəaliyyətinə göstərilən diqqət və dəstəyə görə təşkilatçılara, sənət dostlarına, aktyor heyətinə və tamaşaçılara təşəkkürünü bildirib.

Böyük tamaşaçı auditoriyasının iştirakı ilə keçirilən “Səhnəmizin Şəfəq Çağı” teatral-konsert proqramı yüksək coşqu və alqışlarla qarşılanıb. Proqramın sonunda tamaşaçıların ayaqüstə alqışları gecənin ən yaddaqalan anlarından birinə çevrilib.

Beləliklə, Şəfəq Teatrı yeni yaradıcılıq mövsümünə böyük səhnə layihəsi ilə start verərək fəaliyyətinin ikinci ilinə qədəm qoyub. Qarşıdakı mövsümdə teatrın repertuarının yeni tamaşalarla zənginləşdirilməsi, müxtəlif yaradıcılıq layihələrinin həyata keçirilməsi və teatr sənətinin daha geniş auditoriyaya çatdırılması istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

Şəfəq Teatrı, Səhnəmizin Şəfəq Çağı, Üzeyir Hacıbəyli, Milli Musiqi Günü, teatr mövsümü, teatral-konsert proqramı, Xətai rayonu, Azərbaycan teatrı, Arşın mal alan, Paşa Ağayev

Şəfəq Teatrı, Səhnəmizin Şəfəq Çağı, Üzeyir Hacıbəyli, Milli Musiqi Günü, teatr mövsümü, teatral-konsert proqramı, Xətai rayonu, Azərbaycan teatrı, Arşın mal alan, Paşa Ağayev

Onu da qeyd edək ki, Şəfəq Teatrı — gənc sənətçiləri bir araya gətirən, teatr sənətinin inkişafına və təbliğinə töhfə verməyi qarşısına məqsəd qoyan yaradıcı kollektivdir. Teatrın repertuarında klassik və müasir Azərbaycan dramaturgiyasının nümunələri yer alır. Kollektiv öz yaradıcılıq fəaliyyətində gənc aktyorların səhnə təcrübəsinin artırılmasına, milli dramaturgiya nümunələrinin səhnələşdirilməsinə və tamaşaçı ilə canlı teatr ünsiyyətinin qurulmasına xüsusi önəm verir.

Şəfəq Teatrı, Səhnəmizin Şəfəq Çağı, Üzeyir Hacıbəyli, Milli Musiqi Günü, teatr mövsümü, teatral-konsert proqramı, Xətai rayonu, Azərbaycan teatrı, Arşın mal alan, Paşa Ağayev

Şəfəq Teatrı, Səhnəmizin Şəfəq Çağı, Üzeyir Hacıbəyli, Milli Musiqi Günü, teatr mövsümü, teatral-konsert proqramı, Xətai rayonu, Azərbaycan teatrı, Arşın mal alan, Paşa Ağayev

Aynur Camal

Oxşar xəbərlər

Gündə cəmi 5 dəqiqə kitab oxumaq orqanizmə necə təsir edir?

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Avropa İttifaqı yeni “NATO” yaradır”

Aynur Camal

Vüqar Bayramov: “Avropa Parlamentindəki korrupsiya qalmaqalı ikili standartlarla bağlı suallar yaradır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu