Bugun.tv xəbər verir ki, Taylandın Baş naziri və daxili işlər naziri Anutin Çanvirakunun ölkə qanunlarını pozan əcnəbilərə qarşı sərt tədbirlər görülməsini tələb edib.
Baş nazir yerli qanunları pozan xaricilərin Taylandı tərk etməli olduğunu bildirib. O, xüsusilə əcnəbilərin özəl qəbiristanlıqlar və dini məkanlar yaratmaqla bağlı təşəbbüslərinə münasibət bildirib.
Çanvirakun özəl qəbiristanlıq tikintisi ilə bağlı müraciətdən xəbərdar olduğunu deyərək bunun Tayland qanunlarına və cəmiyyətin xüsusiyyətlərinə uyğun olmalı olduğunu vurğulayıb. O, çıxışında əcnəbilərə “öləcəksinizsə, öz ölkənizdə ölün” məzmununda sərt ifadə işlədib.
Baş nazir həmçinin restoran açmaq üçün icazə alan şəxslərin həmin məkanı dini mərasimlərin keçirilməsi üçün istifadə etməsini yolverilməz adlandırıb.
O qeyd edib ki, Tayland turist və investorları qəbul edir, lakin bu, ölkə qanunlarını pozmağa icazə vermir. Yeni deportasiya qaydalarının pozuntu törədən əcnəbilərin daha sürətli ölkədən çıxarılmasına imkan verdiyi bildirilib.
Qeyd edək ki, yeni deportasiya qaydaları avqustun 28-dən qüvvəyə minib.
Mənbə: mail.ru
