Groasis Waterboxx, səhralaşma, ağac yetişdirmək, quraq ərazilər, iqlim böhranı, suvarmasız ağac, səhranın yaşıllaşdırılması, meşələşdirmə
Dünya

Səhraları meşəyə çevirəcək sistem hazırlandı: Elektrik və suvarma olmadan ağac yetişdirir

Bugun.tv xəbər verir ki, iqlim böhranı və səhralaşmaya qarşı hazırlanmış xüsusi sistem elektrik enerjisi və suvarma xətti olmadan quraq ərazilərdə ağac yetişdirməyə imkan verir.

Hollandiyalı sahibkar tərəfindən hazırlanmış “Groasis Waterboxx” adlı sistem mövcud nəmi qorumaq prinsipi ilə işləyir. Ənənəvi damcı suvarma üsullarından fərqli olaraq, sistem çox az miqdarda sudan istifadə etməklə fidanların böyüməsinə şərait yaradır.

Xüsusi qutu gecələr yaranan şeh və yağıntını toplayaraq su anbarında saxlayır. Digər hissəsi isə torpağın sürətlə qurumasının qarşısını alaraq fidanı güclü günəş və küləkdən qoruyur. Xüsusi fitil vasitəsilə gündə yalnız bir neçə damcı su birbaşa ağacın kökünə çatdırılır.

Sistemin əsas xüsusiyyətlərindən biri fidanın kök sisteminin dərinliyə doğru inkişaf etməsinə imkan verməsidir. Beləliklə, ağac zamanla yeraltı su mənbələrinə çataraq insan müdaxiləsi olmadan böyüməyə davam edə bilər.

Məlumata görə, Sahara səhrasının kənarında aparılan üçillik sınaqlarda adi üsulla əkilən fidanların yalnız 10 faizi sağ qaldığı halda, Waterboxx istifadə edilən fidanlarda bu göstərici 90 faizə çatıb.

Sistem təxminən bir il ərzində ağacların kök salmasına kömək edir. Daha sonra qutu çıxarılaraq başqa fidanın əkilməsində istifadə oluna bilər. İstehsalçının məlumatına görə, bir qutunun təxminən 10 il istifadə müddəti var.

Mənbə: En Son Haber

Aynur Camal

Oxşar xəbərlər

Tunisdə miqrant qayığının batması etirazlara səbəb oldu: 12 nəfər öldü

Aynur Camal

Tornado bütöv bir kəndi dağıtdı: 39 nəfər yaralandı

Aynur Camal

360 tonluq qalanı 1 800 nəfər kəndirlə hərəkət etdirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu