ABŞ-da meşə yanğını, Nevada yanğını, Reno meşə yanğını, təxliyə xəbərdarlığı, 42 min nəfər, meşə yanğınları, ABŞ təbii fəlakət, Nevada fövqəladə vəziyyət
Hadisə

ABŞ-da meşə yanğını nəzarətdən çıxdı: 42 min nəfərə təxliyə xəbərdarlığı edildi

Bugun.tv xəbər verir ki, ABŞ-ın Nevada ştatında Reno şəhəri yaxınlığında başlayan meşə yanğını güclü küləyin təsiri ilə sürətlə genişlənərək yaşayış məntəqələrinə doğru irəliləyir.

Şənbə günü Humboldt-Toyabe Milli Meşəsində, Peavine dağı ətrafında başlayan yanğın artıq təxminən 61 min dönüm ərazini külə çevirib.

Yerli KİV-in məlumatına görə, yanğının yayıldığı ərazidə təxminən 42 min nəfərə dərhal təxliyə olunmaları barədə “GO NOW” xəbərdarlığı göndərilib. Daha 45 min nəfərə isə mümkün təxliyəyə hazır olmaları bildirilib.

Təxliyə edilən sakinlərin yerləşdirilməsi üçün Reno-Sparks Konqres Mərkəzi sığınacaq kimi istifadəyə verilib. Bəzi yerli otellərin də yanğından zərər çəkən şəxslərə endirimli yerləşmə imkanları təqdim etdiyi bildirilib.

Yanğın nəticəsində ən azı 6 nəfər yaralanıb. Onlardan 3-ü mülki şəxs, 3-ü isə xilasedicidir. Alov çoxsaylı tikililərə də ziyan vurub.

Yanğının söndürülməsində təxminən 800 nəfər iştirak edir. Washoe dairəsinin şerifi Darin Balaam yanğının son dərəcə sürətlə yayıldığını və küləyin daim istiqamət dəyişməsinin müdaxiləni çətinləşdirdiyini bildirib.

Nevada qubernatoru Joe Lombardo Washoe dairəsində fövqəladə vəziyyət elan edib. Yanğınla mübarizəyə dəstək məqsədilə Milli Qvardiya qüvvələri də cəlb olunub.

Yanğın səbəbindən Washoe dairəsində təxminən 10 min ev və iş yerinin elektrik enerjisiz qaldığı açıqlanıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Sərnişin qatarı relsdən çıxdı: 11 nəfər yaralandı

Aynur Camal

Xorvatiyada meşə yanğını turizm şəhərinə çatıb: 36 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu