Mədəniyyət

Aktyor Səmimi Fərhad “Bölmə”-də! – VİDEO

Tanınmış aktyor Səmimi Fərhadın baş rol aldığı serial gündəmi silkələdi — “Bölmə”dən ilk TREYLER yayımlandı!

Tezliklə ITV telekanalının efirində rejissor Emil Quliyevin yeni serialı — “Bölmə” start götürəcək. Serialın treyleri artıq sosial şəbəkələrdə izləyicilərin ixtiyarına verilib.

Narkomaniyaya qarşı mübarizədən bəhs edəcək serialda əsas rolları Səmimi Fərhad, Elnur Hüseynov, Mahir Dərviş, Ülvi Həsənli və Emin Mirabdullayev canlandırıblar.

Layihənin ITV-də dəqiq premyera tarixi hələ açıqlanmayıb. Məlum olan odur ki, süjeti real hadisələrə əsaslanan serial 8 epizoddan ibarət olacaq və hər bölümün müddəti 40–45 dəqiqə nəzərdə tutulur.

Xatırladaq ki, rejissor Emil Quliyev tamaşaçılara “Əqrəb mövsümü” layihəsi ilə yaxşı tanışdır. Həmin serial vaxtilə Azərbaycan televiziya sənayesində ən çox müzakirə olunan və diqqət çəkən işlərdən biri kimi qiymətləndirilmişdi.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Bakı Uşaq və Gənclər Teatrı Xankəndində-müharibənin 6-cı ildönümü qeyd olunub – FOTO

Aynur Camal

Payız geyimlərində parlaq rənglər və iri biçimlər önə çıxır

Aynur Camal

“Leyli və Məcnun” Akademik Musiqili Teatrda – yeni quruluşda 30-cu nümayiş

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu