Image default
Digər

Sənaye və Texnologiya Kollecində 31 Mart Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Bugun.tv xəbər verir ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Sənaye və Texnologiya Kollecində anım tədbiri təşkil olunub.

Tədbirdə əvvəlcə 1918-ci il hadisələrinin qurbanlarının, eləcə də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyev müstəsna rolu olub.

Tədbir çərçivəsində Vüsalə Əbdürrəhimova mövzu ilə bağlı ətraflı məlumat təqdim edib. Kollecin tarix müəllimləri Aynur Ağayeva və İlahə Hüseynova isə çıxışlarında tələbələrə 1918-ci il soyqırımı ilə bağlı tarixi faktları çatdıraraq, azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə danışıblar.

Sonda 31 Mart Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Aynur Camal

Oxşar xəbərlər

Hostinq və domen nədir?

Teymur Əziz

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu