Baş xəbərDünya

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında NATO-nun kollektiv müdafiə prinsipinə bənzər yeni təhlükəsizlik sazişi imzalanıb. CNN-in məlumatına görə, razılaşmaya əsasən, üç ölkədən birinə edilən hücum hamısına qarşı hücum kimi qiymətləndiriləcək.

Məlumata görə, saziş İranla bağlı regional gərginliyin artdığı bir vaxta təsadüf edir. Səudiyyə Ərəbistanı rəsmisi CNN-ə bildirib ki, ölkə İranın dəstəklədiyi husi qruplaşmalarının limanlara və hava limanlarına koordinasiyalı hücumlar həyata keçirə biləcəyindən narahatdır. İran rəsmiləri isə yeni müdafiə paktının Səudiyyə Ərəbistanının təhlükəsizliyinə zəmanət verməyəcəyini bəyan ediblər.

Eyni zamanda, İran və Oman Hörmüz boğazında kommersiya gəmiçiliyinin təşkili ilə bağlı yeni çərçivə razılaşmasını yekunlaşdırmağa yaxındır. Bununla belə, Tehran bu razılaşmanın boğazın avtomatik şəkildə açılması anlamına gəlmədiyini və ABŞ ilə birbaşa danışıqlar aparmayacağını vurğulayıb.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp Pentaqonun sursat ehtiyatlarının tükənməsi ilə bağlı yayılan məlumatları təkzib edib. O, ABŞ-ın kifayət qədər silah ehtiyatına malik olduğunu desə də, bəzi silah növləri üzrə ehtiyatların əvvəlki dövrlə müqayisədə azaldığını etiraf edib.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Şimali Koreyada isti havaya qarşı it əti şorbası tövsiyə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu