24 C
Baku
5 Sentyabr 2025, 7:01
Baş xəbərSəhiyyə

TƏBİB vətəndaşları küçəyə çıxmamağa çağırdı  

Bugun. tv xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyası ilə bağlı vətəndaşlara çağırış edib.

Müraciətdə bildilir ki, bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu bəlanı nəfəs qədər yaxınımızda hiss etməyimizə səbəb olur.

“Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər. Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir. Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir meneə yoxdur”, – TƏBİB-in müraciətində bildirilib.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərmizdə!

Aynur Camal

NASA kosmosda indiyədək ölənlərin sayını açıqladı

Teymur Əziz

Bank kartından oğurluq edən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu