16.7 C
Baku
18 May 2025, 5:22
Baş xəbərDünya

Tədqiqat: Təbiət sənədli filmləri ağrıları yüngülləşdirə bilər

Yeni bir araşdırma, təbiət sənədli filmlərinə və təbii mənzərələrə baxmağın ağrı kəsici təsir göstərə biləcəyini ortaya qoyub.

İngiltərənin Exeter Universiteti və Avstriyanın Vyana Universitetinin alimləri tərəfindən aparılan yeni bir araşdırma, təbiət videolarına baxmağın ağrıları fiziki olaraq yüngülləşdirə biləcəyini göstərib.

Tədqiqatda 49 iştirakçının beyninin skanları göstərib ki, təbiət videolarına baxan insanlar şəhər və ya ofis səhnələrini izləyənlərə nisbətən daha az ağrı hiss edirlər. Təbiətin ağrıya təsiri iştirakçılara yüngül elektrik şoku verilməklə sınaqdan keçirilib. Nəticələr göstərdi ki, təbiət səhnələrini izləyənlərdə ağrının azalması standart ağrıkəsicilərdən təxminən yarısı qədər təsirli olub.

 “Təbiət beynin ağrının mənşəyinə və şiddətinə reaksiyasını azaldır.”

Vyana Universitetinin fəlsəfə doktoru tələbəsi və tədqiqatın aparıcı müəllifi Maks Steininger, insanların təbiətlə təmasda olduqda daha az ağrı hiss etdiklərinin əvvəlki araşdırmalarda bilindiyini söyləyərək, “Ancaq bunun səbəbləri indiyə qədər aydın deyildi. Araşdırmamız göstərir ki, bu, sadəcə olaraq “plasebo” effekti deyil, təbiət ağrının mənbəyinə və şiddətinə görə beynin reaksiyasını azaldır”.

Steininger, ağrıdan əziyyət çəkən insanların təyin etdiyi dərmanları qəbul etməyə davam etmələri lazım olduğunu və təbiətlə qarşılıqlı əlaqə kimi alternativ ağrı idarə üsullarının gələcəkdə müalicəyə töhfə verə biləcəyinə ümid etdiklərini ifadə edib.

Araşdırmanın həmmüəllifi Exeter Universitetindən Dr. Alex Smalley, “Bu araşdırma göstərir ki, təbiətə virtual məruz qalma həm də təbii mühitin qorunmasının vacibliyini vurğulayır və biz cəmiyyəti təbiətdə daha çox vaxt keçirməyə təşviq edəcəyik” deyə qeyd edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İrandan Almaniya və İngiltərəyə xəbərdarlıq

Aynur Camal

Martın 23-də gözlənilən hava şəraiti

Aynur Camal

Elnarə Akimova şəhidin ailəsini ziyarət etdi – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu