30 C
Baku
27 İyul 2025, 19:02
Baş xəbərSəhiyyə

Tədris Terapevtik Klinikanın keçmiş direktoru dünyasını dəyişdi

Bugun.tv xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının keçmiş direktoru, professor Surxay Musayev vəfat edib. Bu barədə məlumatı universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslan facebook hesabında paylaşım edib. O, Əməkdar həkimin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, Surxay Musayev 1951 -ci il fevralın 1-də Samux rayonunun (o zamanlar Xanlar rayonu) Füzuli kəndində anadan olmuşdur.

1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb institutunun (indi universitet)pediatriya fakültəsinə daxil olub, 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1974-1977 -ci illərdə Azərbaycan Tibb Universitetinin I-uşaq xəstəlikləri kafedrasnda həkim, 1977-1985-ci illərdə assistent, 1986-1992-ci illərdə dosent, 1992-ci ildən professor adına layiq görülmüşdü. 150-dən çox elmi əsərin müəllifi olub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2000-ci ildə “Əməkdar həkim”, 2010-cu ildə “Əməkdar elm xadimi”adina layiq görülmüşdür.

2010-cu ilin aprel ayından Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin Sərəncamı əsasında yaradılmış Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru vəzifəsinə təyin olunmuşdur.

Allah rəhmət eləsin

Bugün TV

Oxşar xəbərlər

Hollivud kabusu bitmir: Los-Ancelesdə yeni yanğınlar başladı

Aynur Camal

Avropa Məhkəməsi vergi mübahisəsində “Amazon”u müdafiə etdi

Teymur Əziz

Meksika hərbi helikopteri qəzaya uğrayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu