Sosial

Təhsillə bağlı iki qanun layihəsində dəyişiklik ediləcək

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib, təhsillə bağlı iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Bugun.tv xəbər verir ki, sözügedən qanun layihələri  “Təhsil haqqında” və  “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarıdır.

Əvvəlcə “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqda danışan komitə sədri Bəxtiyar Əliyev qanunun 29-cu və 32-ci maddələrinə dəyişiklik təklif olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi orta ixtisas və ali təhsil (doktorantura istisna olmaqla) pillələrində təhsilalanların bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması və akademik məzuniyyət götürməsinin hüquqi əsaslarının formalaşdırılması zərurətindən irəli gəlir.

Komitə sədri dövlət başçısının fərmanına uyğun olaraq, Elm və Təhsil Nazirliyinin Əsasnaməsinin hazırlandığını diqqətə çatdırıb və burada yeni qaydaların müəyyənləşəcəyini bildirib. Subbakalavrların ali məktəblərə seçimindən danışan komitə sədri aşağı balla qəbul olunan tələbələrin köçürülməsi məsələsinə də toxunub.

Bugün TV

Oxşar xəbərlər

Metro qatarında tüstülənmə baş verib

Könül Kərimova

Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib

Aynur Camal

“İnsan Resursları və İdarəetmə Forumu” keçirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu