25 C
Baku
27 İyul 2024, 4:59
Dünya

Tək oturacaqlı təyyarə qəzaya uğradı

İngiltərənin Linkolnşir əyalətində bir nəfərlik təyyarə qəzaya uğrayıb. Qəzada insan itkisinin olub-olmaması barədə məlumat verilməyib. İngiltərədə bir nəfərlik təyyarə qəzaya uğrayıb.

Lincolnshire Polisindən verilən açıqlamaya görə, yerli vaxtla saat 13.20 radələrində tək oturacaqlı təyyarənin qəzaya uğraması xəbərindən sonra Koninqsbi şəhərində təcili yardım qrupları hadisə yerinə gəlib.

Dogdyke Road və Sandy Bank bölgəsindəki yollar nəqliyyat vasitələri üçün bağlanıb.

Sürücülərdən həmin ərazidən uzaq olmaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.

Hadisədə can itkisinin olub-olmaması ilə bağlı məlumat paylaşılmayıb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

5,7 bal gücündə zəlzələ baş verdi

Aynur Camal

“Google” şirkəti böyük məbləğdə cərimə ödəyəcək

Teymur Əziz

Ermənistan hökumətinin əməkdaşları qəzaya uğrayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu