Rusiyada təlim uçuşu həyata keçirən hərbi təyyarə Moskva vilayətində qəzaya uğrayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, pilot katapult sistemindən istifadə edərək xilas olub və onun həyatı üçün təhlükə yoxdur. Təyyarə yaşayış məntəqələrindən kənar əraziyə düşdüyü üçün yerdə dağıntı və ya xəsarət alan olmayıb.
Bildirilib ki, təyyarə təlim uçuşunu döyüş sursatı olmadan həyata keçirirdi. İlkin məlumata əsasən, qəzaya texniki nasazlıq səbəb olub.
Rusiya Müdafiə Nazirliyi qəzaya uğrayan döyüş təyyarəsinin modelini açıqlamayıb. Hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.
Mənbə: TrtHaber

