Baş xəbərHadisə

Təyyarə anqara düşdü: Ölən və yaralananlar var – FOTO

Bugun.tv xəbər verir ki, Polşanın paytaxtı Varşava yaxınlığındakı hava limanında kiçik təyyarənin anqara çırpılması nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.

BBC-nin xəbərinə görə, Cessna 208 təyyarəsi Varşavadan 47 kilometr aralıda yerləşən Chrcynno kəndindəki anqarda qəzaya uğrayıb. Hadisə yerinə 4 helikopter və 10 təcili yardım maşını göndərilib.

Polis qəzada 5 nəfərin, təyyarədə 3, anqarda isə 2 nəfərin öldüyünü, 8-nin yaralandığını açıqlayıb. Səlahiyyətlilər qəzanın ehtimal olunan səbəbinin pis hava şəraiti olduğu barədə məlumat paylaşıblar.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Sərnişin qatarı relsdən çıxdı: 11 nəfər yaralandı

Aynur Camal

Xorvatiyada meşə yanğını turizm şəhərinə çatıb: 36 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu